Strateq.az xəbər verir ki, bu məlumatı Əfqanıstanın Milli Təhlükəsizlik Nazirliyi (NDS) yayıb. Məlumata görə, terror təşkilatının Əfqanıstan üzrə rəhbərinin köməkçisi Gül Zamanla bərabər daha 48 silahlı da zərərsizləşdirilib.
İŞİD silahlıları ABŞ-a aid pilotsuz hava aparatı (PHA) tərəfindən qətlə yetiriliblər. Əməliyyat İŞİD üzvlərinin toplantısı sırasında düzənlənib.
Nangarhar valiliyinin sözcüsü Əhməf Ziya Əbdülzai də faktı təsdiqləyib. Sözçünün bildirdiyinə görə, ABŞ PHA-ları iki hücum həyata keçiriblər. Gül Zamanın da öldürüldüyü ilk hücum zamanı İŞİD-in 12 üzvü qətlə yetirilib. Qısa müddətdən sonra həyata keçirilən ikinci hücumda isə daha 37 silahlı öldürülüb.
Qeyd edək ki, son iki ayda İŞİD Əfqanıstandakı fəaliyyətini xeyli gücləndirib. Təşkilatın zaman-zaman Taliban üzvləri ilə də toqquşmaları baş verir. ölkə hökuməti terrorçu qruplaşmaların milli təhlükəsizliyi ciddi təhdid etdiyini bildirir.
Strateq.az