XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 17:46

Prezidentin ayırdığı 1 milyon bu qəzetlərin arasında bölüşdürüldü –SİYAHI

qezetler-1

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.

Strateq.az KİVDF-yə istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ – Az­ərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamı haqqında məlumat verib.

Xatırladaq ki, həmin sərəncama əsasən, qəzetlərə birdəfəlik 1 milyon manat yardım ayrılıb.

Daha sonra o, gündəlikdəki məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına dərin minnətdarlığını bildirib. İcraçı direktor sərəncama əsasən birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən – Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər. Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib:

Nəşrin adı

Ayrılmış məbləğ

1.

"Azərbaycan” qəzeti

40.000 AZN

2.

"Bakinski raboçi” qəzeti

40.000 AZN

3.

"Bakı Xəbər” qəzeti

40.000 AZN

4.

"525-ci qəzet”

40.000 AZN

5.

"Ekspress” qəzeti

40.000 AZN

6.

"Ədalət” qəzeti

40.000 AZN

7.

"Xalq qəzeti”

40.000 AZN

8.

"İki sahil” qəzeti

40.000 AZN

9.

"Kaspi” qəzeti

40.000 AZN

10.

"Kaspiy” qəzeti

40.000 AZN

11.

"Mövqe” qəzeti

40.000 AZN

12.

"Olaylar” qəzeti

40.000 AZN

13.

"Palitra” qəzeti

40.000 AZN

14.

"Respublika” qəzeti

40.000 AZN

15.

"Səs” qəzeti

40.000 AZN

16.

"Şərq” qəzeti

40.000 AZN

17.

"Şərq qapısı” qəzeti

40.000 AZN

18.

"Yeni Azərbaycan” qəzeti

40.000 AZN

19.

"Yeni Müsavat” qəzeti

40.000 AZN

20.

"Azad Azərbaycan” qəzeti

30.000 AZN

21.

"Bizim yol” qəzeti

30.000 AZN

22.

"Exo” qəzeti

30.000 AZN

23.

"Həftə içi” qəzeti

30.000 AZN

24.

"Xalq Cəbhəsi” qəzeti

30.000 AZN

25.

"Novoye vremya” qəzeti

30.000 AZN

26.

"Paralel” qəzeti

30.000 AZN

27.

"Üç nöqtə” qəzeti

30.000 AZN