XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 05:32

Əsgərlərin evə buraxılmaması ilə bağlı mühüm – AÇIQLAMA

Hərbi qulluqçuların ehtiyata buraxılmaması ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil.

Strateq.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novrzəli Orucov deyib.

Novruzəli Orucov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə iyulun 1-dən həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma həyata keçirilir:

“Qanunvericilikdə bu müddətin iyulun 1-dən 30-dək olduğu göstərilir. Hərbi qulluqçuların hərbi hissələrdən ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”.