XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 19:40

“Paşa” ləqəbli “Çiğli İmam” da yaxalandı –FOTOLAR

zekjeriyye-cigili-imam

Marmarisdə prezident Ərdoğanın qaldığı otelə basqın edən, ancaq uğursuzluqla üzləşdikdən sonra meşədə qaçıb gizlənən FETÖ-nun sui-qəsd dəstəsindəki 17 əsgərdən 7-si bu dəqiqələrdə yaxalanıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaxalanan hərbçilərin arasında "Çiğli Ana Jet Üssü"nün imamı sayılan və "Paşa" ləqəbi ilə tanınan Zekeriya Kuzu da var.

Xatırladaq ki, Ərdoğanın qaldığı otelə basqın edərək, onu öldürməyi planlayan dəstəyə "Paşa"nın rəhbərlik etdiyi həbs edilənlərin ifadəsi ilə təsdiqlənib.

Maraqlı məqam odur ki, Hava Qoşunlarında rütbəcə "Astsubay" olan  Zekeriya Kuzu özündən rütbəcə yüksək olan zabitlərə əmr vermək səlahiyyətində olub. "Çiğli İmam"ının hətta generalları yönləndirdiyi də ilkin araşdırmalarla təsdiq edilib.