XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 05:55

Bəzi rayonlara qaz verilməsi məhdudlaşacaq- Siyahı

Socar.jpg

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Sulutəpə”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin Göyçay-1″, “Göyçay-3”, “Şəmsabad”, “Qəbələ”, “Dəhnəxəlil”, eləcə də “Ağdaş” və Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, həmçinin Astara Magistral qaz kəmərləri sahəsinin “Ərçivan” Qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Strateq.az ARDNŞ-ə istinadən xəbər verir ki, təmir müddətində Astara rayonunun Ərçivan və Kijəba kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Strateq.az