XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 07:10

Yunanıstana 5 gün vaxt verildi – Merkelden ultimatum gəldi
Yunanıstanda keçirilən referendumdan sonra təcili toplantı keçirən Avropa liderləri yunan hökumətinə cümə axşamına kimi vaxt verib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Avropa liderləri iyulun 12-də Yunanıstanda son dəfə toplanıb yekun qərar verəcəklər.
Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Yunanıstan hökuməti cümə axşamına qədər Avropa İttifaqına son təkliflərini verməlidir. Almaniya baş naziri Angela Merkel də 12 iyulda Yunanıstanın xilası üçün ya “yox”, ya da “hə” deyiləcəyini bəyan edib. Merkel deyib ki, heç bir halda Yunanıstanın borclarının silinməsi məsələsi müzakirə mövzusu deyil.