XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 00:53

“Gülən Mərkəzi Kəşfiyyat İdarəsi üçün çalışır, ABŞ onu təhvil verməyəcək” –Rusiya

F.gülen 21

Türkiyədə  dövlət çevrilişi cəhdi Rusiyanın  dövlət televiziyası  Rossiya 1-də  efirə gedən "Voskresniy  Veçer"  proqramında  müzakirə edilib. 

Proqrama qatılan Rusiya parlamentinin komissiya sədri Vyaçeslav Nikonov, dövlət çevrilişi cəhdində ittiham edilən Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat  İdarəsi (MKİ) üçün çalışdığını və ABŞ-ın onu Türkiyəyə ekstradisiya etməyəcəyini deyib: "Bu çevriliş cəhdində Amerika izi var. Gülənin MKİ üçün çalışdığını və işləməyə davam etdiyini hər kəs xeyli vaxtdır bilir. Güləni  təhvil verməyəcəklər."

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Elmi İşçisi Ruslan Qurbanov isə Gülən şəbəkəsinin MKİ tərəfindən qurulduğunu bildirib: "Türkiyə xalqı qanuni prezidenti və suverenliyi üçün ayağa qalxdı. Gülən şəbəkəsini MKİ-nin özü qurub. Gülənin ABŞ-da yaşıl kart müraciətinin rədd edilməsi zamanını yada salın. Bu rədd qərarının düzəldilməsi üçün açılan davaya dəstək verənlər arasında MKİ-nin  keçmiş əməkdaşları Corc Fidas və Qrehem Fuller, ABŞ-ın köhnə Ankara səfiri Marton Abramoviç kimi adlar vardı".

Gülənin ABŞ-ın köməyi ilə öz kadrlarını türk elitası və dövlət orqanlarına yerləşdirdiyini  irəli sürən Qurbanov, Türkiyə xalqının qəhrəmanlığı sayəsində dövlət çevrilişi cəhdinin uğursuzluqla nəticələndiyini deyib. (Avropa.info)