XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyul 2016 - 11:46

Türkiyənin Əfqanıstandakı ordusunun komandanıDubayda tutuldu

bekir-sener-generallar

Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar artıq Türkiyəyə gətirilib. 

Report