XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyul 2016 - 13:26

MHP sədri: "ABŞ-dan idarə olunan qüvvələr Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyir"

Bahçeli 667

 "ABŞ-dan idarə olunan qüvvələr Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyir". 

Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib. 

Onun sözlərinə görə, Qərb ölkələri indiyədək Türkiyədə iyulun 15-də baş tutmayan uğursuz dövlət çevrilişi cəhdinə ciddi münasibət bildirməyiblər: "Bu çevriliş prosesinin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dayanması ilə bağlı iddialar artır. ISAF komandanının Türkiyəyə iki dəfə gəldiyi bildirilir. Əgər xainlərin arxasında MKİ və Pentaqon dayanırsa, qarşımızda ciddi problem var. ABŞ bunun altından çıxa bilməyəcək. ABŞ 15 iyul hadisələrinə qarışıbsa və "İncirlik" hərbi bazasından Türkiyəyə qarşı istifadə edibsə, iki ölkə arasındakı dostluq münasibətləri ciddi ziyan görəcək. Fikrimcə, Fətullah Gülənin Türkiyəyə ekstradisiyası zamanı da bütün ehtimallar nəzərə alınmalıdır".

MHP sədri deyib ki, istər Fətullahçı istər PKK, istərsə də İŞİD olsun Türkiyəyə heç bir şey edə bilməyəcək: "Onlar 12 sentyabrda (1980-ci ildə baş vermiş hərbi çevriliş nəzərdə tutulur – red.) qazandıqlarını desələr də, 15 iyulda məğlub oldular. Terrorçulara Osmanlı silləsi endirildi. Millət oyunu gördü və oyunçuların maskasını çıxardı. Hər birimiz Türkiyəni son nəfəsimizədək müdafiə etməliyik, bu ölkəyə sahib çıxmalıyıq. Demokratiya çevrilişdən böyükdür".  (Report)