XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 15:07

“Türk Telekom”un rəhbərləri “fətullahçı” ittihamı ilə həbs edildi

Telekom 00886

Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan “Türk Telekom”un rəhbərliyində təmsil olunan 3 nəfər hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Həbs olunan şəxslərin adları hələlik açıqlanmasa da, onlardan ikisinin və “Türk Telekom”un texnologiya üzrə baş direktor müavini Coşkun Şahin və TTNET-in fərdi iş bölməsinin baş direktoru Erkan Akdemir olduğu bildirilir. Bu şəxslər prokurorluq tərəfindən ifadə verməyə dəvət olunmuşdu.

“Türk Telekom” rəhbərliyi isə şirkət strukturlarında 198 nəfəri işdən qovub. (Lent.az)