Müdafiə Sənayesi Nazirliyi (MSN) Şirvanda baş vermiş partlayışla bağlı ilk açıqlamasını yayıb.
Strateq.az MSN-ə istinadən bildirir ki, açıqlamada deyilir:
"26 iyul 2016-cı il tarixində saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş vermişdir. Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcəkdir. Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın".