XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 17:14

Türkiyədəki çevriliş cəhdindən MKİ-nin xəbəri varmış:özü də 4 ay əvvəl

 

darbe-2

Türkiyə tarixinə qanlı hərflərlə yazılan 15 iyul hadisəsinin arxasında ABŞ-ın dayandığı barədə irəli sürülən versiyalar getdikcə öz təsdiqini tapmaqdadır. Maraqlıdır ki, artıq ABŞ analitikləri də bu versiyanı istisna etmirlər.

Strateq.az-ın bildirdiyinə görə, bu mülahizəni irəli sürənlərin ən çox üzərində durduğu dəlillərdən biri sabiq prezident Corc Buşun müşaviri və Mərkəzi Kəşfiyyat İdarəsinin media nümayəndəsi kimi tanınan Maykl Rubinin hadisədən 4 ay əvvəl dərc olunan məqaləsində çevrilişə eyham vurmasıdır. “American Enterprise Institute” nəşrində dərc olunan həmin məqalədə bildirib: "İddia etmirəm, amma Türkiyədə ordu Misirdə Sisinin etdiyini təkrarlaya bilər. Ərdoğanın siyasəti sərt bir qayaya çarpsa, kimsə təəccüblənməsin”.

Rubin məqaləsində daha sonra vurğulayıb ki, Ərdoğan uzun zamandan bəri, Türk ordusunu diz çökdürmək istəyirdi: “İqtidarının ilk on ilində həm ABŞ, həm də AB ona dəstək verdi. Lakin bu vəziyyət Ərdoğanın xarici müdafiəçilərinin onun dəliliyi və avtokratik meyllərinin artdığını görməmişdən əvvələ aid idi”.

Qeyd edək ki, Türkiyədəki uğursuz çevriliş cəhdində ən çox adı hallanan MKİ və onun rəhbəri Con Brennandır. Bu ittiham Brennanın keçirdiyi mətbuat konfranslarından birində jurnalistlər tərəfindən şəxsən onun üzünə deyilib və iddiayla bağlı mövqeyi soruşulub. Təəccüblüdür ki, suala cavab verən Brennan çevriliş cəhdindən bixəbər olmadıqlarını etiraf edib: "Ərdoğan əleyhdarlığından xəbərdardım."

Brennanı və onun rəhbərlik etdiyi MKİ-ni ittiham obyektinə çevirənlər isə təkcə ABŞ-a düşmən və ya yad adamlar da deyil. Vaxtilə ABŞ Dövlət Departamentinin rəhbəri Kolin Pauelin xüsusi qələm müdiri Laurens Vilkerson da bu cür düşünənlərdəndir.

Vilkerson 15 iyul hadisəsi ilə bağlı maraqlı iddia ortaya atıb: "Məncə, Con Brennan və digərlərinin Türkiyədə nələr olub-bitdiyindən xəbərdar olduqlarına şübhə yoxdur. Mümkündür ki, o, bununla bağlı ya tövsiyələr verib – ki, bu, zaman-zaman olur, ya da fikirlərini zorla təlqib etmək üçün prosesin tam ortasında, ya da hansısa formada içərisində yer alıb."

ABŞ-ın maraqlarına "düşmən" olaraq gördüyü hökumətləri dəyişdirmək üçün siyasi və ya hərbi vasitələrdən istifadə etdiyini vurğulayan Vilkersonun fikrincə, "ABŞ kimi gizli əməliyyatları adətə çevirəndə qaçınılmaz şəkildə bir gün yaxanı ələ vermiş olursan".

ABŞ kəşfiyyat tarixinin bu cür hadisələrlə zəngin olduğunu bildirən Vilkerson təkcə prezident Donald Reyqan dövründə MKİ-nin 58 gizli əməliyyat həyata keçirtdiyini də xatırladıb.

Heydər 

Strateq.az