XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 17:37

Zavoddakı partlayışla bağlı FHN-dən rəsmi –Açıqlama

fhn-1.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

Strateq.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda partlayış baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb.

Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.