XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 18:23

Ərdoğan Avropa Birliyini ittiham etdi:"Qeyri-səmimisiniz!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyini Ankara qarşısında miqrantlarla bağlı götürdüyü öhdəliklərə əməl etməməkdə və qeyri-səmimi olmaqda ittiham edib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan 3 milyon suriyalının yerləşdirilməsi üçün Ankaraya 12 milyard dolların lazım olduğunu, Brüsselin isə bunun əvəzində cəmi 3 milyard təklif etdiyini və bu günə qədər Türkiyəyə simvolik məbləğlərin (2 milyon avroya yaxın) köçürüldüyünü bildirib: «Biz həmişə sözümüzü tuturuq. Bəs, avropalılar necə?!».

Ərdoğan Brüsseli Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməyə də çağırıb.

Qeyd edək ki, vizasız rejim tərəflər arasında 2013-cü ildən müzakirə olunsa da, həllini tapmayıb. Son olaraq Brüssel prosesi ilin sonuna qədər dondurduğunu elan edib. Avropa Birliyi Ankaranı tələb olunan bütün şərtləri yerinə yetirməməkdə ittiham edir. 

Türkiyədə baş verən son hərbi çevriliş cəhdindən sonra isə məsələ bir qədər də mürəkkəbləşib. AKP hökumətinin ölüm hökmünü bərpa etməklə bağlı fikirlərinə cavab olaraq Avropa Birliyi bəyan edib ki, bu, Türkiyənin quruma yolunu qapadacaq və Ankara ilə bütün danışıqlara son veriləcək.