XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 18:37

Zavodda partlayış mərmiləri ətrafa səpib, yanğın davam edir –FOTOLAR

mermi

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" silah zavodunda baş vermiş partlayışlar davam edir. 

Musavat.com-un Şirvana ezam olunmuş reportyoru xəbər verir ki, arabir mərmilər partlamaqda davam edir, bu isə yanğınsöndürmə işlərinin həyata keçirilməsinə maneçilik törədir. 

Saytın əməkdaşı bildirir ki, zavod təpələrin arasında yerləşir və hazırda burada partlayaraq ətrafa səpələnmiş mərmi qəlpələri təpələrdəki ot örtüyündə yanğın törədib və bu yanğın genişlənir. 

Bakıdan daha dörd təcili tibbi yardım briqadasının Şirvana ezam olunduğunu bildirən reportyor əlavə edir ki, yerli təcili yardım maşınları da yaralıları xəstəxanalara daşıyıblar.