XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 19:27

“Prezidentin helikopterini gördüm, ancaq heç kimə demədim” –Həbs edilən pilot

davud-ucum-pilot

Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən pilotlardan biri – polkovnik-leytenant Davud Uçum ifadə verib.

O, prezidentin olduğu helikopteri gördüyünü, lakin bunu gizlətdiyini bildirib:

“Mərmərədəki otelə yaxınlaşanda digər helikopterlər aşağıdan, biz isə yüksəkdən uçurduq. Orada prezidentin helikopterini gördüm, ancaq heç kimə demədim. Bunu məndən başqa heç kim görmədi”.

Davud Uçum Fətullah Gülənin adamlarının onunla əlaqə yaratmağa çalışdıqlarını da qeyd edib:

“Məktəbdə oxuyarkən Gülən camaatının üzvləri məni elm öyrətmək bəhanəsi ilə evlərinə aparırdılar. Ancaq sonralar onlar mənimlə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, buna imkan vermədim. Hətta Hərbi Hava Məktəbində oxuyanda da mənimlə görüşmək istədilər, razılaşmadım. Bizi aldatdılar, əməliyyatın məğzindən xəbərimiz yox idi”.

Axar.az