XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyul 2016 - 19:45

Türkiyəyə Misir zərbəsi:“Erməni soyqırımı” niyə parlamentin müzakirəsinə çıxarıldı?

 

misir

Misirdə bir qrup millət vəkili 1915 hadisələrini "soyqırım" kimi xarakterizə edən layihəni parlamentin müzakirəsinə təqdim edib.

Strateq.az-ın bildirdiyinə görə, layihəni spikerə təqdim edən Mustafa Bəkri Sisinin ən coşqun tərəfdarı kimi tanınır. Onun təqdim etdiyi layihədə 337 millət vəkilinin imzası var.

Məlumata görə, layihənin parlament tərəfindən qəbul edilməsi üçün mütləq əksəriyyətin səsi lazımdır. Misir parlamentinin 596 millət vəkili olduğunu nəzərə alsaq, bunun mütləq əksəriyyəti 299 edər. Deməli, sadəcə layihəyə imza atanlar səsvermə zamanı öz mövqelərini qorusalar, indidən “soyqırım” qətnaməsinin qəbul ediləcəyi mütləq kimi görünür.

Xatırladaq ki, Misir parlamentində Əbdülfəttah əs-Sisini müdafiə edən "Misirə Dəstək Koalisiyası"na daxil olan millət vəkillərinin sayı 380-i keçir. Yəni qətnamənin taleyi Sisinin iradəsindən asılıdır. Görünür, Sisi öz iradəsini Ankaraya təlqin etmək üçün “erməni kartı”ından istifadə etmək istəyir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Mursini devirən Sisi hakimiyyətini tanımırdı. Bununla belə, dəfələrlə Misirin indiki liderini tənqid hədəfinə çevirən Ankaranın son zamanlar öz siyasətini dəyişdiyi, ixtilafda olduğu dövlətlərlə münasibətlərini normalaşdırmağa çalışdığı da müşahidə olunur. Rusiya ilə münasibətlərini yoluna qoyan Türkiyənin növbəti hədəflərindən biri isə Misirlə masa arxasında oturmaq idi.

Misir parlamentinin tam bu ərəfədə “erməni kartı”ndan istifadə etməsi maraq doğurur.  Mümkündür ki, çevriliş cəhdi ilə Türkiyə hakimiyyətini devirə bilməyən ABŞ indi qardaş ölkəyə regional müttəfiqləri tərəfindən zərbə vurmaq istəyir.

Heydər

Strateq.az