XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 23:05

Səhiyyə Nazirliyi:"Xəstəxanaya 24 yaralı gətirilib, 3-nün vəziyyəti orta ağırdır"

sehiyye-nazirliyi

Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib: "Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür"(APA).

Onu da qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi bu gün baş verən partlayışda iki nəfərin həlak olduğunu açıqlayıb.