XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 13:16

Səfirlik ittihamlara cavab verdi: “ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır”

“ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu barədə olan istənilən şaiyələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “ABŞ səfirliyinin bəyanatı media şayiələrini ifşa edir” başlıqlı bəyanatında deyilir.

Xatırladaq ki, son zamanlar KİV-də ABŞ səfirinin müxalifət liderləri ilə görüşlərində dövlət çevrilişi, müxalifətin maliyyələşdirilməsi və təlimatlandırılması ilə bağlı söhbətlər aparması barədə məlumatlar dərc edilib.

Səfirliyin bəyanatında deyilir ki: “Səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib. Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb. Səfir, həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmsilçilərilə də görüşlər keçirir”.

Strateq.az