Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iyunda dövlət büdcəsinə 123 milyon 688 min manat vəsait köçürülüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ümumiyyətlə yanvar-iyun aylarında şirkət dövlət büdcəsinə 728 milyon 730 min manat vəsait ödəyib.
İyunda SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 942 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2 faiz çoxdur. ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil edib.
Strateq.az