XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 İyul 2016 - 12:09

“Kreml bundan məharətlə istifadə edəcək” –Politoloqdan Türkiyə ilə Qərbin arasındakı gərginliyə reaksiya

elxan-sahinoglu-esas

"Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, rəsmi Ankaranın atacağı hər iki addımı belə şərh edib: 

"Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək. Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə "türk axını” layihəsinə yenidən qayıdırlar, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib.

Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür.

İkincisi, Ərdoğanın yaxın aylarda Türkiyədə "Avropa İttifaqına üzv olaq, olmayaq?” sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki, Türkiyədə həbslərin miqyası artdıqca, Brüsselin Ankaraya tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək”.