XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 12:18

Nazirdən yeni əmr –Yeni şöbə yaradıldı, təyinat oldu

selim-yeni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial Sığorta və Pensiya Siyasəti Şöbəsi yaradılıb.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. 

Şöbə müdiri xatırladıb ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. 

Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində aparılan dəyişikliklərlə, əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsinin təmin olunması nazirliyin fəaliyyət istiqamətləri sırasına daxil edilib. 

"Sosial sığorta və pensiya siyasəti şöbəsi də müvafiq sahədə vəzifələrin yerinə yetirilməsini, o cümlədən sosial sığorta və pensiya sistemi ilə bağlı normativ hüquqi aktların, aidiyyəti fəaliyyət sahələri üzrə proqram və layihələrin, təlimatı-metodiki göstərişlərin işlənib hazırlanmasını, təkliflərin verilməsini təmin edəcək.

Şöbənin müdiri vəzifəsinə əvvəllər Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsində çalışmış Çingiz Əliyev təyin olunub”.

Report.az