XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 14:09

“Mosulu xilas” əməliyyatına start verildi

İraq hərbi qüvvələrinin, aylardır, gözlənilən “Mosulu qurtarma” əməliyyatı başlamaq üzrədir. Əsası ayətullah Sistani tərəfindən qoyulmuş “Həşdi-Şəbi” hərbi qruplaşmasına bağlı xristian alayının komandiri Rəyyan əl-Kildaninin mətbuata verdiyi açıqlamadan belə çıxır. İraq xristianlarının 800 nəfərlik dəstəylə “Həşdi-Şəbi”yə qoşulduğunu deyən Kildani yaxın saatlarda Beyci neft rafinəsini geri alacaqlarını və ardından Mosula doğru hərəkət edəcəklərini də bildirib.

Komandir “Həşdi-Şəbi”-nin İŞİD-lə mübarizəyə hazır vəziyyətdə olduğunu da etiraf edib.

Xatırladaq ki, Mosul 10 iyun 2014-cü ildə İŞİD tərəfindən heç bir müqavimətlə qarşılaşmadan ələ keçirilmişdi. üzərindən 1 il 1 ay keçməsinə baxmayaraq, İraq hərbi qüvvələri indiyə qədər şəhəri geri ala bilməyiblər. Dəfələrlə buna hazırlaşsalar da, son anda ABŞ İraq əsgəri gücünün hazırlıq səviyyəsini bəyənmədiyinə görə əməliyyatları təxirə salıb.

ötən ay İraq rəsmiləri son qərarlarını açıqlayaraq, “Mosulu xilas” əməliyyatına avqustda başlayacaqlarını demişdilər. Əməliyyatın indi – İslamda savaşların qadağan olunduğu Ramazan ayında başlaması bir çoxları üçün sürpriz oldu.

Heydər Oğuz

Strateq.az