Avropada öldürücü istilər davam edir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, artıq 50 nəfər istilərə görə həyatını itirib. Həkimlər ölüm hallarının havanın yüksək temperaturu ilə yanaşı, su itkisindən də baş verdiyini bildirirlər.
Məsələn, Fransada son 60 ilin ən isti yayı yaşanır. ölkənin ayrı-ayrı qurumları əhalini istilərlə bağlı maarifləndirmək üçün gücləndirilmiş iş rejiminə keçiblər. Televiziya və radiolarda mütəmadi olaraq insanların istidən necə qoruna biləcəyi, hansı tədbirlər görməli olduğu barədə məlumatlar səsləndirilir.
Xatırladaq ki, Fransada 2003-cü ilin yayında kəskin istilərdən 15 min insan ölmüşdü.