XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 07:24

5 aya 5300 boşanma – Azərbaycanda ailə dramı fəlakət həddində!
Cari ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır:
Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür”.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb”.