XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 07:33

Bako Saakyan İngiltərə parlamentinə dəvət olundu: Diplomatik qalmaqal

saakyan.jpg

Dağlıq Qarabağdakı separatçı qurumun rəhbəri Bako Saakyan 8 iyul tarixində Böyük Britaniya parlamentinə dəvət olunub və orada çıxış edib.

Strateq.az bildirir ki. Bu barədə qondarma qurumun “mətbuat mərkəzi” açıqlama yayıb. Saakyan regiondakı vəziyyət, Dağlıq Qarabağın iqtisadi vəziyyəti, münaqişə ilə bağlı suallara cavab verib.

O, Böyük Britaniya ilə əlaqələrə böüyk diqqət verdiklərini deyib və bu ölkənin parlamenti ilə elmi-humanitar sahələrdə əməkdaşlıq etmək istədiklərini vurğulayıb.

Görüşdə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərksiyan da iştirak edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə rəsmi bəyanatla çıxış edib.

X.SƏFƏROĞLU