XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 07:40

“Wikileaks” yenə şok məlumat yaydı – ABŞ Almaniyanın üç kanslerini dinləyib

merkel.jpg

Wikileaks saytında ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) son onilliklərdə Almaniyanın bir sıra yüksək çinli şəxsləri, o cümlədən üç kanslerini izləməsi barədə məlumatlar paylaşılıb. Bu barədə BBC radiosunun Azərbaycan xidməti məlumat verib.

Wikileaks sənədləri bildirir ki, MTA əməkdaşları hazırki kansleri Angela Merkel və onun sələfləri Gerhard Schröder və Helmut Kohli dinləyib.

Almaniya höküməti bildirib ki, İnternetdə yayılmış informasiyanı yoxlayır.

İndiyə qədər mediada xanım Merkelin dinlənilməsi barədə məlumatlar yayılsa da, digər kanslerlər barədə belə informasiya yox idi.

Həmin vaxtdan etibarən, iki ölkə arasında xüsusi xidmət orqanlarının münasibətləri gərgindir. Hərçənd ki, bir az əvvəl Almaniyada kanslerin dinlənilməsi ətrafında açılan cinayət işi sübut çatışmazlığından sonlandırılmışdı.

Strateq.az