XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 11:58

“Elə bir sistem yaradacağıq ki,…” –Nazir polisə ağır silahlar veriləcəyini açıqladı

efkan-ala

Türkiyənin Daxili İşlər naziri Əfqan Ala polisə ağır çaplı silah veriləcəyini açıqlayıb.

Nazir ordu daxilində yayılan qiyamçılara qarşı yeni mübarizə metodu tətbiq ediləcəyini deyib:

“Polisə ağır çaplı silah veriləcək. İndi özümüzü elə apara bilmərik ki, guya heç nə baş verməyib. Güvən və inanmaq işin bir hissəsidir. Elə bir sistem yaradacağıq ki, güvənilməyən insan belə bir şey edə bilməyəcək. Polisin ağır çaplı silahı vardı, lakin 28 fevral hadisələri zamanı bu qanunu ləğv etdilər. Niyə aldılar, sanki bu ölkədə 12 Sentyabr 1980-ci il, 12 mart 1971 və 27 may 1960-cı il hərbi çevrilişləri olmayıb.

31 Mart hadisəsindən (Rumi təqvimi ilə 31 mart 1325-ci ildə (13 aprel 1909-cu il) baş verən qiyam) bəri bu millət neçə çevriliş yaşadı. Uniforma geyinən xain, terrorçu və başqa niyyətli insanlara qarşı yeni mübarizə yolları seçəcəyik”. 

Axar.az