XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 12:56

Akif Nağıdan xəbərdarlıq:"Məhbuslarla bağlı etiraz aksiyalarına başlayacağıq"

akif-nagi

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib.

QAT mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, iclasda ömürlük məhbusların saxlanma şəraiti, bəzi məhbusların müraciəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

iclasda iştirak edən tanınmış vəkil Elçin Qəmbərov Müdafiə Komitəsinin işinə hər cür kömək etməyə hazır olduğunu bildirib.

Müdafiə Komitəsinin rəhbəri, QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında qeyd edib:

"Ömürlük məhbusların işi ilə tanış olduqca, onlara qarşı böyük haqsızlıqların yer aldığı üzə çıxır. Çoxlu sayda qanun pozuntuları olub, obyektiv araşdırmalar aparılmayıb, insanlara heç bir ciddi əsas olmadan ömürlük həbs cəzası verilib, çox vaxt subyektiv amillər üstünlük təşkil edib. Hətta hər hansı cinayətdə ümumiyyətlə iştirak etməyənlər də ən ağır cəzaya, ömürlük həbs cəzasına məruz qalıblar. Bu ədalətsizliklər aradan qaldırılmalıdır.

Biz bir daha vurğulayırıq ki, bizim problemləri kənardan hansısa beynəlxalq qurum deyil, özümüz həll etməliyik. Ona görə də biz haqq-ədaləti daxildə axtarırıq, bu məqsədlə millət vəkli Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova müraciətlər etmişik, amma hələ heç bir cavab almamışıq.

Qaldırdığımız problemlərə reaksiya verilmir, əksinə ömürlük məhbuslara daha amansız davranılır, onlara işgəncələr verilir, məhbusların etibarnamə vermələrinə süni əngəllər yaradılır, vəkilləri ilə görüşmələrinə imkan verilmir. Biz hələlik məktublarımıza cavab gözləyirik, əgər cavab verilməsə, tədbirlər görülməsə, dövlət başçısına müraciət edəcəyik, bu müaciətimiz də nəticəsiz qalsa, ömürlük məhbusların saxlanıldıqları Qobustan həbsxanasının qarşısında etiraz aksiyalarına başlayacağıq. Biz insanlara bu cür zülm edilməsinə, onlara qarşı haqsızlıqlara dözə bilmərik.

Onu da qeyd etməliyik ki, məhbusların xeyli hissəsi Qarabağ müharibəsində savaşıb, sağlamlıqlarını itiriblər".