XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 11:18

DİN-də növbəti kadr dəyişikliyi – Nazir rəisi çıxardı, bir neçə əməkdaşı isə cəzalandırdı
Şamaxının yol polis rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad olunub.
DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, polis rəisi daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölmənin xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və sərəncama götürülüb.
DİN rəsmisi bildirib ki, həmin idarədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb.
E.Zahidov onu da qeyd edib ki, bəzi mətbuat orqanlarında polis rəisinin işdən çıxarılmasına göstərilən səbəblərin hamısı uydurmadır(AzVision.az).