XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 13:52

“Türk diplomat Moskvadan Yaponiyaya qaçıb…” –Nazir "diplomat ovu"nun anonsunu verdi

Mövlud 1234

Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər diplomat işdən çıxarılıb.

"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılanlardan ikisi səfirdir.

Çavuşoğlu Türkiyənin Kazandakı Baş konsulluğunun bir əməkdaşının Yaponiyaya qaçdığını sözlərinə əlavə edib:

“Hazırda Kazanda fəaliyyət göstərən diplomatlarımızdan biri Moskvadan Yaponiyaya qaçıb. Bütün məlumatları diqqətlə izləyirik. XİN-i bu xainlərdən təmizləyəcəyik. Bütün dövlətlərə onlar haqqında məlumat veririk. Xüsusən, avropalı dostlarımız bizim təkliflərimizi qəbul etmək istəmirlər. Onlara qarşı addım atmağa hazır olan çox ölkə var”. 

Axar.az