XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

28 İyul 2016 - 14:15

Prezidentin səlahiyyət muddəti 5 ildən 7 ilə niyə qaldırılır? –YAP-dan rəsmi açıqlama

eli-ehmedov-yap

"Prezidentin səlahiyyət muddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq".

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanqəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, səlahiyyət müddəti siyasi qüvvələrin strukturu, siyasi sabitliyin səviyyəsi və geopolitik vəziyyətlə bağlıdır:

“Dünya təcrübəsində seçilmiş prezidentlərin səlahiyyət müddətləri müxtəlifdir. Ən çox rast gəlinən müddət 5-7 il arasında dəyişir. Prezidentlik səlahiyyətlərinin müddəti bir sıra səbəblə əlaqədardır. Burada ölkənin siyasi sisteminin xüsusiyyətləri, siyasi qüvvələrinin strukturu, siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu, geopolitik vəziyyət və s. cəhətlər nəzərə alınır. Eyni zamanda, prezidentin səlahiyyət müddətinin dəyişməsi adi konstitusion dəyişikliklər norması sayıla bilər. Müxtəlif ölkələrdə prezidentin səlahiyyət müddəti ilə əlaqədar normalar dəyişdirilib. Siyasi praktikada bu, o qədər də xüsusi əhəmiyyət kəsb edən məsələlər sırasına daxil edilmir. Ona görə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq”.

Ölkəmizin erməni təxribatı ilə üz-üzə qaldığını xatırladan Əli Əhmədov xarici qüvvələrin təsirini zərərsizləşdirmək və sabitliyi qorumaq üçün referendumun vacib olduğunu deyib:

O da unudula bilməz ki, ölkəmiz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib və son zamanlar erməni tərəfin təxribatları sabitliyə ciddi təhlükəyə çevrilib. Tez-tez dəyişikliklər (bu dəyişikliklər tam qanuni əsaslarda olsa belə) müəyyən şərtlər daxilində (müharibə şəraitində istənilən təxribat həmin şərtlər rolunu oynaya bilər) sabitliyə real təhlükə yaratmaq iqtidarındadır.

Eyni fikirləri xaricdən gözlənilən təhdidlərlə əlaqədar da söyləmək mümkündür. Azərbaycana yaxın bölgələrdə qarşıdurmalar, müharibələr, fəlakətlər, terrorizm və bunların nəticəsi olan kütləvi köçlər davamlı xarakter alıb. Vəziyyətin yaxın zamanlarda sabitləşəcəyini söyləmək həddindən artıq optimizm nümunəsi olardı. Müşahidə olunan münaqişələrin və onun nəticələrinin coğrafiyasının genişlənməsidir. Belə vəziyyətdə ölkəni mümkün təhlükəli təhdidlərdən sığortalamaq, sabitliyi qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. Tez-tez keçirilən, cəmiyyətdə ehtirasları və siyasi ambisiyaların dərəcəsini həddən ziyadə artıran siyasi kampaniyalar, seçkilər təbii ki, belə siyasi kampaniyalardandır, sabitliyin pozulması təhlükəsini real olaraq artırır. Bununla əlaqədar elə bir optimal modelin seçilməsi ehtiyacı yaranıb ki, o, bir tərəfdən haqqında söhbət açdığımız sabitliyə təhlükə yaranmasına imkan verməsin, digər tərəfdən isə demokratik normalar zərər çəkməsin. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, düşünürəm ki, həmin modelin yaradılması nöqteyi-nəzərindən ən yaxşı variant sayıla bilər”. 

Axar.az