XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 15:43

Misirin baş naziri:"Fətullah Gülən bizdən sığınacaq istəsə..."

Misirin baş naziri Şərif İsmayıl ölkəsinin Fətullah Güləndən sığınacaqla bağlı müraciət almadığını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir belə bir müraciətin olacağı təqdirdə, Misir hökumətinin bunu dəyərləndirəcəyini bildirib.

Bu məlumatı «Reuters» Misirin dövlət agentliyi MENA-ya istinadən yayıb. 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Gülənin ABŞ-dan başqa bir ölkəyə qaçmağı planlaşdırdığı barədə məlumat aldıqlarını bildirib. Bozdağ Gülənin qaça biləcəyi ölkələrin Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və Misir ola biləcəyini deyib.

Qeyd edək ki, AKP hökuməti ilə Misirin hazırkı rəhbərliyi arasında münasibətlər yaxşı deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən Misirin devrilmiş prezidenti Məhəmməd Mursini dəstəklədiyini bəyan edib.