XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 12:03

“Heç bir problem yoxdur” – Prezident İlham Əliyev

“Azərbaycan tərəfi İtaliyanın “Snam S.p.A.” Qrupunun Trans-Adriatik Təbii Qaz Boru Xəttində (TAP) pay sahibi olmasına etiraz etmir”.

“Reuters” xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Milan Expo” Beynəlxalq sərgisi çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Niyə də yox? Əgər başqa səhmdarlar öz paylarını satmaq niyyətindədirsə, burada heç bir problem görmürəm”, – deyə ölkə başçısı qeyd edib.

Prezident bildirib ki, TAP-ın tikintisi 2020-ci ildə başa çatacaq.

“Snam S.p.A.” icraçı direktoru Karlo Malakarne isə “Reuters”ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

Qeyd edək ki, TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP – 20%, SOCAR – 20%, “Statoil” – 20%, “Fluxys” – 19%, “Enagas” – 16% və “EGL-Axpo” – 5%.

APA