Türkiyədəki 15 iyul qiyamı uğursuzluqla nəticələnəndən və FETÖ tərəfdarlarına qarşı təqiblər başlayandan sonra bir çoxları Fətullah Gülənin kitablarından, onun moizələrinin yer aldığı CD-lərdən qurtulmağa çalışır.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin bir çox şəhərlərindəki zibilxanalardan on minlərlə belə kitab, CD disk, həmçinin SİM kartlar aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanları SİM kartları və yazılı vərəqləri toplayaraq istintaqa təhvil verib.