XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 15:57

Fətullah Gülənin daha bir qohumu saxlanıldı –"Bacı" ləqəbli qadın (FOTO)

gulen-qohumu-

Türkiyədə Fətullah Gülənin daha bir yaxın qohumu saxlanılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Gülən camaatı" içərisində "bacı" kimi tanınan şəxs rəhbəri olduğu və tələbələrin qaldığı evləri tərk edərkən yaxalanıb. Onunla birlikdə daha bir qadın saxlanılıb.  Onların adlarının baş hərfləri açıqlanıb. Bildirilib ki, saxlanılanlar S.G və E.D-dir.

Məlumatda onların hər bir tələbədən 350 TL aldıqları və üzərlərində də 10 mənzilin açarının tapıldığı bildirilib. Eyni zamanda, evlərdə 4-6 qız tələbənin qaldığı, hər mənzilə bir ad verildiyi, müəllimlərin adlarla kodlanan evlərə tələbələri istiqamətləndirdiyi müəyyən edilib.

Kocaeli Şəhər Polis İdarəsinə götürülən hər iki şəxs istintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq.