XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2016 - 17:38

Çavuşoğlu ABŞ və Avropa Birliyinə “meydan oxudu”:"Bizi təhdid etməyin!"

Çavuşoğlu 352 !!

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Avropa Birliyinə ultimatum göndərib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu CnnTürk-ə müsahibəsində Fətullah Güləni təhvil verməyəcəkləri təqdirdə ABŞ-Ankara münasibətlərinin pisləşəcəyini bildirib: «Bir terror təşkilatının rəhbəri bu ölkədə yaşayırsa və ABŞ onu bizə təhvil vermirsə, bu, münasibətlərə öz təsirini göstərəcək. Biz vəziyyəti bu həddə gətirmək istəmirik».

ABŞ-a səfər edib həmkarı Con Kerri ilə görüşəcəyini deyən Çavuşoğlu ziyarətin əsas məqsədinin Gülənin ekstradisiyası olacağını bildirib.

Avropa Birliyindən gələn açıqlamalara da toxunan XİN rəhbəri «Dünyada terror təşkilatlarına qarşı necə mübarizə aparırlarsa, bizdə də eynisidir. Avropa Birliyindən bizi təhdid edən açıqlamalar gəlməməlidir», deyə bildirib.