XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 19:20

Türkiyədən Almaniyaya yeni tələb:"Həmin hakim və prokurorları bizə verməlisiniz"

Mövlud 1234

"Almaniya Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli olan və həmin ölkəyə sığınan hakim və prokurorları Türkiyəyə ekstradisiya etməlidir". 

Strateq.az xəbər verir ki, bu tələbi bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. 

Onun sözlərinə görə, həmin şəxslər 2013-cü il dekabrın 17-i və 25-i aralığında Türkiyədə baş vermiş hadisələrdən sonra Almaniyaya qaçıblar. 

Xatırladaq ki, həmin tarixdə Ərdoğan və onun ailə üzvləri ilə yanaşı, bir neçə nazirin səs yazısı yayılaraq, ölkə rəhbərliyinə yaxın olan şəxslərin həbsi həyata keçirilmişdi. Hətta o zaman Ərdoğanın oğlunu da həbs etmək istəsələr də, buna nail ola bilməmişdilər. O zaman Ərdoğan bunu Fətullah Gülənə bağlı olan şəbəkənin qurduğu hiylə və şantaj planı olduğunu bəyan edərək, ölkədə səssiz çevriliş etmək istəyən bu qüvvələrə qarşı indiki kimi xalqı meydanlara çağırmışdı. Qısa zaman ərzində təşəbbüsü ələ alan prezident Ərdoğan sonradan bu şantajçı dəstəyə qarşı əməliyyat başlatsa da, onların çoxu ölkədən qaçmağa fürsət tapmışdı…