XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 16:55

Ərdoğan hökumət qurmaq səlahiyyətini Davudoğluna verdi

Türkiyə prezidenti uzun müddətdir gözlənilən addımı atdı. O, bu gün baş nazir Əhməd Davudoğlunu qəbul edərək, 63-cü hökuməti qurmaq vəzifəsini ona verib. Tərəflərin 1 saat 10 dəqiqəlik görüşündən sonra Prezidentlik Sarayından verilən açıqlamayla bu xəbər rəsmən bəyan edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yeni kabineti qurmaq səlahiyyəti avqustun 23-ə qədər tamamlanmalıdır. Bu müddət ərzində yeni hökumət qurulmasa, Türkiyə xalqı yenidən seçkilərə gedəcək.

Bilindiyi kimi, Türkiyədə son parlament seçkilərində heç bir partiya təkbaşına hökumət quracaq sayda millət vəkilliyi qazanmadığına görə koalisiya hakimiyyəti yaratmaq zərurəti ortaya çıxıb. Digər partiyaların indiyə qədərki bəyanatları AKP-nin özünə müttəfiq tapmasının asan olmayacağını göstərir. Amma müzakirələr əsnasında şərtlərin dəyişilə biləcəyi də istisna deyil.

Davudoğlunun digər partiyaların liderləriylə bu ayın 15-nə qədər görüşəcəyi təxmin olunur.

Strateq.az