«Ən-Nüsra Cəbhəsi» «Əl-Qaidə» ilə bütün əlaqələrini kəsdiyini elan edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla «Ən Nüsra Cəbhəsi»nin lideri Əbu Muhammad əl-Culani «Al-Jazeera»yə açıqlamasında çıxış edib.
Bununla yanaşı, qruplaşma adını dəyişərək "Front Fəth əş-Şam" (Suriyanın fəthi) qoyduğunu açıqlayıb.
Ehtimal olunur ki, qruplaşma bundan sonra Suriyadakı digər islamçı təşkilatlarla yaxınlaşacaq. O da bildirilir ki, qruplaşmanın adını dəyişməsi Rusiya və ABŞ-ın hərbi təzyiqlərinin artması ilə bağlıdır.
«Associated Press» qruplaşmanın Suriyadakı müxaliflərlə yaxınlaşacağını, bunun isə Rusiya ilə ABŞ arasındakı kimin müxalif, kimin terrrorçu olması ilə bağlı danışıqları mürəkkəbləşdirəcəyini bildirir.