XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2015 - 07:23

Prezident İtaliyadan mühüm mesajlar verdi – Açıqlama

“İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək”.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada “Milan Expo 2015” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda təşkil olunan “Milli gün”də etdiyi çıxışında səsləndirib.

Prezident İlham Əliyev bildirib ki, bizim iqtisadi əməkdaşlığımız dərinləşir:

“Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq. Bir sözlə, bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var”.