XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 14:13

“ANS lisenziya üçün təkrar müraciət edə bilməz” –Rəsmi qərar

ans mtrs

“ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 ay ərzində kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər”. 

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz(Report).

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində MTRŞ-nın “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb və şirkətin lisenziyası ləğv edilib.