Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında aparılan "təmizləmə əməliyyat"ı sürətlə davam etdirilir.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Türkiyənin Avropa Birliyi işləri üzrə Nazirliyindən də işdən çıxarılmalar olub: "Nazirliyin 16 nəfər əməkdaşı tutduqları vəzifədən azad olunublar".
Xatırladaq ki, bu nazirliyin rəhbəri prezident Ərdoğana xüsusi yaxınlığı ilə seçilən Ömər Çelikdir.