XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 08:30

Vakant dövlət qulluğu vəzifələri üçün müsahibə elan edildi

dovlet_qulluqu.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir. ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 10 iyul 2015-ci il tarixdən 29 iyul 2015-ci il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.

Strateq.az Komissiyaya istinadən məlumat verir ki, Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.Ətraflı məlumatı Komissiyanının saytından (www.dqmk.gov.az) əldə edə bilərsiniz.

Strateq.az