XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2016 - 17:50

Nazirlikdən çörəyin bahalaşacağı xəbərinə –Reaksiya

Çörək 0.40

İqtisadiyyat Nazirliyi çörəyin bahalaşması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım müşahidə olunmayıb: "Əgər hər hansı bir dəyişiklik baş verərsə, bu məsələ araşdırılacaq”.

Qeyd edək ki, mətbuatda sabahdan etibarən çörəyin qiymətinin 10 qəpik artacağı ilə bağlı xəbərlər yayılıb. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörəyin 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılacağı bildirilir. 

Qafqazinfo