Polis əməliyyatı: kriminal avtoritet saxlanıldı

Şabran rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib.
Əməliyyat zamanı Siyəzən rayon sakini, kriminal avtoritet kimi tanınan Qafar adlı şəxs saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 qutu marixuana aşkar olunub. Qafarın “qanuni oğru” dünyası ilə əlaqəsi olduğu və hazırda məhbus həyatı yaşayan Şəmi adlı avtoritetin əsas adamı hesab edildiyi bildirilir.
Məlumatda deyilir ki, xüsusi əməliyyat nəticəsində Qafar Şabranın Ağbaş körpüsü yaxınlığında yaxalanıb.
Xatırladaq ki, rayonun polis rəisi sabiq təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanovdur.