XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 13:04

Prezident korrupsiyaya görə nazirləri işdən çıxardı – Türkmənistanda

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini və bir neçə naziri işdən çıxarıb.

Nazirlər Kabinetindəki bu «təmizləmənin» korrupsiya ilə bağlı olduğu bildirilir. Prezident hesab edir ki, sözügedən məmurlar işlərində nöqsanlara yol veriblər, həmçinin islahatları zəif aparıblar.

Strateq.az «Reuters»ə istinadən xəbər verir ki, prezident baş nazir müavini Annamuhammed Qoçievi dünya iqtisadiyyatındakı böhranı və bunun Türkmənistana təsirini düzgün təhlil etməməkdə ittiham edib. İşdən çıxarılan İqtisadiyyat və inkişaf nazirinin, Tikinti və memarlıq nazirinin yerinə artıq yeni şəxslər təyin edilib.