XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 16:11

Türk ədliyyəsində FETÖ-çülük “kiri”:"Təmizləmə əməliyyatı"nda ikinci dalğa

 

 

hakim paralel

Fətullahçı Terror Təşkilatına üzvlükdə günahlandırılan hakim və prokurorların cəzlandırılmasının ikinci mərhələsi başlaya bilər.

Strateq.az-ın bildirdiyinə görə, Ankara Prokurorluğunda başladılan istintaq çərçivəsində bəzi hakim və prokurorları nəzarət altına almaq qərarı verilib.

Məlumata görə, FETÖ-çü hüquqşunasları zərərsizləşdirmək çərçivəsində ikinci ana dalğa üçün çalışmalar sona çatmaq üzrədir.

Hakim, Prokuror Ali Qurumu tərəfindən həyata keçiriləcək "təmizləmə əməliyyatı"nın gələn həftə başlanması gözlənilir. İkinci dalğanın nə qədər hüquq adamını əhatə edəcəyi dəqiq bilinməsə də, bu dəfə də rəqəmlərin xeyli qabarıq olacağı istisna olunmur.

Xatırladaq ki, ilk dalğada minlərlə huquqçu işdən atılmış, 3 min 49 hakim və prokurorun mülkiyyətinin müsadirə edilməsi tələb olunmuşdu.