XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2016 - 14:48

Tanınmış prokuror vəfat etdi – Nekroloq

Prokuror-Elefser-1

Baş Ədliyyə müşaviri, “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalla təltif olunan, uzun illər prokurorluq orqanlarında işləmiş Əliyev Ələfsər  Nəriman oğlu 29 iyul 2016-cı il tarixində vəfat edib.

Ələfsər Əiyev yaddaşlarda müsbət insani keyfiyyətləri ilə fərqlənən şəxsiyyət, hər zaman cəsarəti, peşəkarlığı  ilə seçilən prokuror, dövlətçilik maraqlarını hər şeydən üstün tutan vətəndaş kimi qalacaq.

Ələfsər Əliyev üçün ilk növbədə dövlətçilik maraqları ön planda olub. Məhz buna görə 90-cı illərin əvvəllərində ən ağır cinayət işlərinin istintaqı ona həvalə olunub. Ələfsər Əliyev bu ağır sınaqdan üzüağ çıxaraq həqiqətlərin aşkarlanmasına və dövlət maraqlarının qorunmasına nail olub. Məhz bu xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.

Ələfsər Əliyev öz bacarığı, zəhmətkeşliyi, peşəkarlığı ilə nümunə ola biləcək karyera qurub.

Xatırladaq ki, Əliyev Ələfsər  Nəriman oğlu 16.02.1949-cu ildə Neftçala rayonunda anadan olub. 1955-1966-cı illərdə Neftçala rayonunda orta məktəbi bitirib. 1972-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1977-1982-ci illərdə məhkəmə orqanlarında çalışıb. 1982-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun Naxçıvan MR Prokuroruğunda böyük müstəntiq vəzifəsinə təyin edilib. Prokurorluq oranlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1992-ci ildə Bakı şəhər prokurorluğunda məhkəmə aktlarının qanuniliyinə nəzarət şöbəsində böyük prokuror vəzifəsində işləyib, 1994-cü ildə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsinə təyin edilib.

2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. 30.02.2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.

Mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Gecəyarı qətl” romanında və “Bir anın həqiqəti” bədii filimində onun icraatındakı cinayət işinin nəticələri öz əksini tapıb.

Ələfsər Əliyev baş  ədliyyə müşaviri rütbəsində xidməti fəaliyyətini başa vurub.

Allah rəhmət eləsin!

Prokuror-Elefser-2

Strateq.az