XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2015 - 09:54

Yunanıstan geri çəkildi – yeni qənaət tədbirləri görüləcək

yunan_5.jpg

Yunanıstan parlamenti yeni maliyyə yardım paketini almaq üçün hökumətin təqdim etdiyi iqtisadi islahatlar planını dəstəkləyib.

Cümə günü gecə çağlarında başa çatan səsvermədən sonra baş nazir Aleksis Tsipras Yunanıstan kreditorları ilə danışıqları yekunlaşdırmaq üçün “güclü mandat”a sahib olduğunu deyib.

Hökumət başçısının Syriza partiyasından bəzi millət vəkilləri plandakı sərt qənaət tədbirlərinə görə onun əleyhinə səs veriblər. Yeni təkliflərin məqsədi ölkəni maliyyə iflası və avrozonadan çıxmaqdan xilas etməkdir.

Müxbirlərin sözlərinə görə, Tsiprasın yeni planına ötən bazar günü referendumunda rədd edilmiş bəzi şərtlər də daxil edilib. Plana təqaüdlərin ixtisarı, vergilərin artımı kimi tədbirlər əlavə edilib.

Bazar gününə təyin edilən zirvə görüşündə plana Avropa liderləri münasibət bildirməlidirlər. Şənbə günü isə Yunanıstan təkliflərini avrozona dövlətlərinin maliyyə nazirləri nəzərdən keçirəcəklər.

Avropa İttifaqındakı mənbələr planın kreditorlar tərəfindən müsbət qarşılandığını bildirirlər.

BBC Azərbaycan xidməti.